Zelenski Kanadaya səfərini yarımçıq qoydu

Ukrayna prezidenti Volodimir Zelenski Kanadaya səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.

Jun 18, 2025 - 10:50
Zelenski Kanadaya səfərini yarımçıq qoydu

SAVASHMEDİA.az bu barədə Kanadanın CBC News telekanalına istinadən xəbər verir. 

Ukrayna nümayəndə heyətindəki mənbələr bildiriblər ki, bunun səbəbi iyunun 17-nə keçən gecə Kiyevin amansız bombardman edilməsi və ABŞ prezidenti Donald Trampın G7 sammitini vaxtından öncə tərk etməsidir.

Mənbənin sözlərinə görə, Zelenski Kananaskis danışıqları başa çatdıqdan sonra Kiyevə qayıdacaq. Ukrayna prezidenti Kalqari üçün planlaşdırılan mətbuat konfransını ləğv edib. 

Xatırladaq ki, Zelenski G7 sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşməli idi. 

Xatirə SADİQ