“Turan Tovuz”dan vacib qələbə
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIII turunda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.
SAVASHMEDİA.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada ilk qol 72-ci dəqiqədə Hayderson Hurtadonun hesabına yazılıb.
Şakir Seyidov 84-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirsə də, 90+1-ci dəqiqədə Joarlem Santosun qolu meydan sahiblərinə qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran Kurban Berdıyevin komandası turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Kəpəz” isə 18 xalla altıncı yerdədir.
Aytən