Zelenski ABŞ-dən narazılıq etdi  

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı mövqeyindən narazılığını ifadə edib.

Nov 28, 2026 - 13:59
Zelenski ABŞ-dən narazılıq etdi  

SAVASMEDİA.az xəbər verir ki, Zelenski BBC-yə müsahibəsində Vaşinqtonun Ukraynaya hərbi dəstəyinin gecikməsini və diqqətini daha çox Yaxın Şərqə yönəltməsini tənqid edib.

O bildirib ki, Ukrayna Rusiya raketlərinin qarşısını almaq üçün Patriot hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac duyur. Lakin ABŞ-nin bu sistemlər üçün raketlərin tədarükünü gecikdirməsi ölkənin müdafiə imkanlarına təsir göstərir.

Zelenskinin sözlərinə görə, ABŞ hazırda Yaxın Şərqə daha çox diqqət ayırır və həmin regiona daha geniş hərbi yardım göstərir.

Ukrayna lideri bunu təəssüflə qarşıladığını bildirərək, raket çatışmazlığının birbaşa insanların həyatı ilə bağlı olduğunu vurğulayıb.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini dost adlandırmasını qəribə hesab edib. Zelenski bildirib ki, təcavüzkarı dost hesab etmək mümkün deyil.

Ukrayna Prezidenti Vaşinqtonu Rusiya üzərində daha ciddi təzyiq göstərməyə çağırıb.

Aytən