Jozep Borrellin xələfinin dinləmələri keçirilir – Avropa Parlamentində
Xatırladaq ki, hazırda bu vəzifəni Jozep Borrell tutur.
Bu gün Avropa Parlamentində (AP) Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyi irəli sürülmüş Estoniyanın keçmiş baş naziri Kay Kallasın namizədliyi ilə bağlı dinləmələr keçirilir.
SAVASHMEDİA.az Avropa Parlamentinin (AP) cədvəlinə istinadən xəbər verir ki, dinləmələr parlamentin Xarici Əlaqələr Komitəsində baş tutacaq.
Dinləmələrdən sonra komitə rəhbərləri və siyasi qruplar namizədlərin bu vəzifəyə uyğunluğunu necə sübut etdiklərinə qiymət verməlidirlər.
Dinləmə ərəfəsində deputatların verdiyi suallara cavabların 21-ci səhifəsində Estoniyanın keçmiş baş naziri Aİ-nin xarici siyasətinə baxışını açıqlayıb.
O, bildirib ki, bu vəzifəsində Ukraynadakı müharibə məsələsi və Aİ-nin təhlükəsizliyinin gücləndirilməsi prioritet məsələlər olacaq.
Xatırladaq ki, hazırda bu vəzifəni Jozep Borrell tutur.
Xatirə SADİQ