“Aİ ölkələri Gürcüstan üçün vizasız rejimi dayandıra bilər” – Bundestaq deputatı

“Avropa İttifaqında (Aİ) hamısı olmasa da, hökumətlərin əksəriyyəti artıq Gürcüstan üçün vizasız rejimin dayandırılması barədə düşünür”.

Nov 12, 2024 - 14:35
“Aİ ölkələri Gürcüstan üçün vizasız rejimi dayandıra bilər” – Bundestaq deputatı

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot “Palitranews” televiziyasına müsahibəsində deyib.

“Mən vizasız rejimin dayandırılmasının qəti əleyhinə idim, lakin mövqeyimi dəyişdim. Bu, Tbilisinin anti-demokratik siyasətini dayandırmaq üçün ona aydın mesaj göndərməli olduğumuz ən mühüm vasitədir!”, - deyə alman deputat əlavə edib. 

Onun sözlərinə görə, Gürcüstan hökuməti bədələ yenidən baxmalıdır, çünki ölkə iki dünyada yaşaya bilməz 

“Xatırlayırsınızmı, sizə sonuncu müsahibəmi verəndə mən vizasız rejimin dayandırılmasının qəti əleyhinə idim, lakin mövqeyimi dəyişdim və bu, indi mənim üçün asan deyil. Bilirəm ki, dostlarım bunun üçün yüksək bədələ ödəməli olacaqlar, Əvvəlki yolunuza qayıdın. Ölkənizi Avropa İttifaqına yaxınlaşdırın. Biz sizə kömək edir və sizi dəstəkləyirik”, - deyə Rot bildirib.

Xatirə SADİQ