“Hindistanın baş nazirinə inanıram” – Ukrayna prezidenti

Ukrayna prezidenti Volodimir Zelenski Hindistanın baş naziri Narendra Modinin Hindistanda ikinci Sülh Sammitinin təşkilinə kömək edə biləcəyinə inanır.

Oct 28, 2024 - 14:50
“Hindistanın baş nazirinə inanıram” – Ukrayna prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bunu Zelenski “The Times of India” nəşrinə müsahibəsində Modinin Ukrayna və Rusiya arasında danışıqlar apara bilməsi ehtimalının olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz baş nazir Modi ilə danışdıq. Bizim Sülh Sammiti deyilən platformamız var. İnanıram ki, ikinci Sülh Sammitini istənilən hörmətə layiq paytaxtda keçirə bilərik. Təbii ki, bu, Hindistanda da ola bilər və baş nazir də bunu edə bilər, müvafiq sammit təşkil edə bilər, amma bunun üçün hazırlaşmağımız lazımdır”, - Ukrayna prezidenti vurğulayıb. 

Zelenski əlavə edib ki, Ukrayna müəyyən ölkələrdən, xüsusən də Hindistan, Avropa İttifaqı, Afrika qitəsi, Braziliya və Çindən təklifləri eşitməyə hazırdır. Lakin bu, Ukraynanın formatı əsasında olmalıdır, çünki müharibə bu ölkədə gedir.
 
Xatirə SADİQ