Rusiya aktivlərinə həbs qoyuldu - Finlandiyada

Helsinki Rayon Məhkəməsi Finlandiya ərazisindəki Rusiyaya məxsus bəzi aktivlərə həbs qoyulması barədə qərar qəbul edib. 

Oct 28, 2024 - 14:47
Rusiya aktivlərinə həbs qoyuldu - Finlandiyada

SAVASHMEDİA.az Ykrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə “Naftoqaz”ın mətbuat xidməti məlumat yayıb. 

Məlumatda deyilir ki, bununla da məhkəmə Ukraynanın “Naftoqaz” QSC-nin və “Naftoqaz” qrupunun digər beş şirkətinin vəsatətini təmin edib.
 
Məlum olub ki, söhbət on milyonlarla dollar dəyərində olan daşınmaz əmlak və digər aktivlərdən gedir.

“Naftoqaz” hesab edir ki, bu, Ukrayna şirkətlərinin 2014-cü ildə Krım Muxtar Respublikasındakı əmlakın müsadirə edilməsi ilə bağlı Rusiyaya qarşı iddiaları üzrə arbitraj qərarı əsasında aktivlərin Ukraynadan kənarda ictimaiyyətə məlum olan ilk uğurlu müsadirəsidir. 

“Biz arbitraj qərarının Rusiya aktivlərinin olduğu digər hədəf yurisdiksiyalarda həyata keçirilməsi üçün fəal addımlar atırıq”, - “Naftogaz” qrupunun rəhbəri Aleksey Çernışov bildirib. 

Xatirə SADİQ