Pekin amerika mallarına 34% əlavə rüsum tətbiq etdi
Çin hökuməti Trampın rüsumlarına cavab olaraq ABŞ mallarına əlavə tariflər və məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Çin Maliyyə Nazirliyindən bildirilib ki, aprelin 10-dan etibarən bütün ABŞ mallarına 34% əlavə rüsumlar tətbiq ediləcək.
Pekin həmçinin aprelin 4-dən etibarən samarium, gadolinium, terbium, disprosium, lutesium, skandium və ittrium da daxil olmaqla orta və ağır nadir torpaq metallarının ABŞ-a ixracına nəzarət elan edib.
“Qanun çərçivəsində müvafiq məhsullara münasibətdə ixrac nəzarətinin məqsədi qanuna uyğun olaraq milli təhlükəsizliyi və maraqları daha yaxşı qorumaq və yayılmaması kimi beynəlxalq öhdəliklərə yerinə yetirməkdir”, - deyə Çin Ticarət Nazirliyinin bəyanatında vurğulanıb.
Xatirə SADİQ