Fransa və Britaniya generalları Kiyevdədir
Kiyevdə bu gün Fransa, Böyük Britaniya və Ukrayna nümayəndələrinin hərbi kontingentin yerləşdirilməsi ilə bağlı görüşləri keçirilir.
SAVASHMEDİA.az bu barədə “Суспільне” nəşrinə istinadən xəbər verir.
Nəşrin diplomatik çevrələrdəki mənbələrinə görə, görüşlər hərbi qərargah rəisləri səviyyəsində keçirilir. Fransa nümayəndə heyətinə general Tiyerri Burkhardt, britaniyalılara isə admiral Entoni Radakin başçılıq edir.
Gün ərzində Ukrayna hərbçiləri ilə bir sıra görüşlər keçirən Fransa-Britaniya nümayəndə heyətinin bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşü planlaşdırılıb.
Xatirə SADİQ