Moldovada prezident seçkilərinin ikinci turu elan edildi
Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək.
SAVASHMEDİA.az “Point.md” portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Anjelika Karaman məlumat verib.
O, qeyd edib ki, "ilkin məlumatlara görə" 11 namizəddən heç biri ümumxalq səsinin 50%-dən çoxunu toplamayıb.
Ümumi bülletenlərin 98,51%-i işləndikdən sonra ilk 5 namizədin aldığı səslər belə olub: Maya Sandu — 42,07%; Aleksandr Stoanoqlo — 26,27%; Renato Usatı — 13,72%; İrina Vlax — 5,44%; Viktoriya Ştorm — 4,50%.
Seçkilərdə yekun fəallıq 51,67% təşkil edib.
Prezident seçkiləri ilə paralel olaraq keçirilən Avropaya inteqrasiya ilə bağlı referendumun nəticələri də dəyişib.
Səsvermə bülletenlərinin 98,56%-i işləndikdən sonra seçicilərin 50,16%-i Avropa İttifaqına inteqrasiyanın lehinə səs verdiyi məlum olub. Aİ-nin əleyhinə olanların səsi 49,84%-ə düşüb.
Qeyd edək ki, referendum Moldovanın Avropa İttifaqına üzvlüyünün Konstitusiyada əksini tapacaq strateji hədəfə çevrilib-çevrilməməsini müəyyənləşdirəcək.
Xatirə SADİQ