Qrenlandiyalı nazir əhalini ərzaq ehtiyatı toplamağa çağırdı

Qrenlandiyanın Kənd Təsərrüfatı naziri Peter Borq ada əhalisi üçün heç bir təhlükə olmadığını bildirsə də, onları ərzaq ehtiyatı toplamağa çağırıb.

Jan 21, 2026 - 21:59
Qrenlandiyalı nazir əhalini ərzaq ehtiyatı toplamağa çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, nazir əhaliyə ən azı beş günlük ehtiyat toplamağı tövsiyə edib.

"Söhbət təhlükəli bir şeyin baş verməsindən yox, hazırlıqdan gedir" - nazir bildirib

Xatırladaq ki, yanvarın 5-də Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya ərazisi üzərində nəzarət yaratmaq planlarını açıqlayıb.

Danimarka Müdafiə Nazirliyi ABŞ-nin adaya hücumuna cavab veriləcəyini bildirib.

Aytən