Uyğunsuz videosu yayılan musiqi müəlliməsi işdən çıxarıldı

“Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb”.

Jan 21, 2026 - 22:54
Jan 21, 2026 - 22:55
Uyğunsuz videosu yayılan musiqi müəlliməsi işdən çıxarıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Abşeron – Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Elnarə Əsgərovanın sosial mediada müəllim peşəsinə xələl gətirən söz və ifadələr işlətdiyi, hərəkətlər etdiyini əks etdirən videogörüntülər yayılıb.