"Dünyanın ən gözəl kəndi" seçildi - VİDEO

İspaniyanın cənubunda, Malaqa bölgəsində yerləşən Frigiliana kəndi təbii gözəllikləri və tarixi memarlıq irsi ilə “dünyanın ən gözəl kəndi” adını qazanıb.

May 6, 2026 - 18:06
May 6, 2026 - 18:07
"Dünyanın ən gözəl kəndi" seçildi - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, kənd həm möhtəşəm mənzərələri, həm də qorunmuş mədəni atmosferi ilə turistlərin diqqətini cəlb edir.

Sierra Almijarra dağlarının ətəyində yerləşən Frigiliana ağ rəngə boyanmış evləri, rəngarəng çiçəklərlə bəzədilmiş dar küçələri və dolanbac yolları ilə seçilir. Aralıq dənizinə açılan panoramik mənzərə isə kəndə xüsusi cazibə qatır.

Frigiliana həm də təbiət turizmi üçün əlverişli məkan hesab olunur. Şam meşələri, dağlıq ərazilər və vadilər boyunca uzanan yürüş marşrutları ziyarətçilərə fərqli təbiət təcrübələri yaşadır.

Kəndin tarixi mərkəzi yaxşı qorunub saxlanılıb. Əndəlüs memarlığının ənənəvi üslubunu qoruyub saxlayan tikililər və dar küçələr bölgənin keçmişini əks etdirir.

Frigiliana son illərdə həm mədəni irsi, həm də təbii gözəllikləri ilə Avropanın ən çox diqqət çəkən turizm məkanlarından birinə çevrilib.

Banu