Alzheimer xəstəliyindən qoruyan möcüzəvi qida – Cəmi 20 qəpikdir
“Davamlı yumurta istehlakı alzheimer xəstəliyi riskini aşağı salır”.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Loma Linda Universitetinin mütəxəssislərinin apardıqları tədqiqatın nəticəsində qeyd edilib. Nəticələr “The Journal of Nutrition” (JN) jurnalında dərc olunub.
Araşdırma çərçivəsində 15 il müddətində yaşı 65-dən yuxarı olan 40 mindən çox insanın məlumatları təhlil edilib. Məlum olub ki, həftədə ən azı beş dəfə yumurta yeyən şəxslərdə alzheimer xəstəliyinə tutulma riski, yumurtanı nadir hallarda və ya ümumiyyətlə, istehlak etməyənlərlə müqayisədə 27 faiz daha aşağı olub. Daha az istehlak da oxşar tendensiya göstərib. Məsələn, ayda 1–3 dəfə yumurta yeyənlərdə risk 17 faiz azalıb.
Tədqiqatçılar bu nəticələri yumurtanın tərkibində beyin funksiyaları üçün əhəmiyyətli olan maddələrlə izah ediblər. Yumurtada yaddaş və neyron fəaliyyətində rol oynayan xolin, oksidləşdirici stressi azalda bilən lutein və zeaksantin, eləcə də sinir hüceyrələri arasında siqnal ötürülməsində iştirak edən omeqa-3 yağ turşuları və fosfolipidlər mövcuddur.
Bununla belə, alimlər vurğulayırlar ki, yumurta təkbaşına alzheimer xəstəliyinə qarşı qoruyucu vasitə hesab edilə bilməz. Yumurta istehlakı ilə yanaşı ümumi sağlam qidalanma və sağlam həyat tərzi də vacibdir.
Banu