“Tramp gürcü xalqının yanında olacaq” – Helsinki Komissiyasının rəhbəri
Helsinki Komissiyasının rəhbəri, konqresmen Co Uilson ABŞ-nin yeni prezidenti Donald Trampın “seçkiləri saxtalaşdıran rejimin” – siyasi isteblişmentin deyil, gürcü xalqının yanında olacağına inandığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Respublikaçı konqresmen qeyd edib ki, Gürcüstanda zorakılığın təşkilatçılarına müvafiq cavab verilməlidir: “Azadlığa və demokratiyaya inananların hamısı bu cinayətə qarşı birlikdə dayanmalıdır”.
Uilsonun sözlərinə görə, zorakılığa baxmayaraq, gürcü xalqının etirazlarını davam etdirməsi onu ruhlandırır: “Xalq gücü həmişə müsbət dəyişikliklər gətirir. Sonda azadlıq mütləq qalib gəlir. Mən əminəm ki, gürcü xalqı demokratik, azad Gürcüstanın gələcəyinin müdafiəsində uğur qazanacaq, Aİ və NATO-nun bir hissəsi olacaq”.
Konqresmen hesab edir ki, Gürcüstanda parlament seçkiləri elə keçirilməyib ki, onların nəticələri həm gürcü xalqı, həm də bütün dünya üçün həqiqi olsun. Siyasətçinin fikrincə, oktyabrın 26-da Gürcüstandakı seçkilər manipulyativ müdaxilə ilə həyata keçirilib.
“Məncə, biz Gürcüstanda bir çox qanun pozuntularının şahidi oldur. Bu, həm Avropa İttifaqı, həm də digər beynəlxalq müşahidəçilər tərəfindən təsdiqlənib. Əgər “Gürcü arzusu”nun qeyri-legitim olduğu sübuta yetirilməsəydi, mən belə bir açıqlama verməzdim. Onlar manipulyasiya xarakterli seçkilər keçirdilər, Konstitusiyanı pozdular, prezidentin razılığı olmadan hökuməti təsdiqlədilər və Gürcüstanda bütün bunlara etiraz edənlərlə vəhşicəsinə davranmaqda davam edirlər. Ona görə də mən onları qeyri-legitim hökumət hesab edirəm”, - deyə Uilson izah edib.
Yeni administrasiya dövründə Tiflislə Vaşinqton arasında münasibətlərə gəlincə, Co Uilson deyib ki, Donald Tramp da mümkün tənzimlənməmiş şəkildə keçirilmiş seçkilərə etiraz edir: “Donald Tramp azadlığı dəstəkləyir. O, demokratiyanı dəstəkləyir. Donald Tramp həm də mümkün tənzimlənməmiş şəkildə keçirilmiş seçkilərə etiraz edən şəxsdir. Ona görə də inanıram ki, Donald Tramp seçkiləri saxtalaşdıran rejimin deyil, gürcü xalqının tərəfində olacaq”.
Xatirə SADİQ