“Münaqişənin bitməsində maraqlısınız, ya yox?” - Rubiodan ruslara sual
“ABŞ rusiyalılardan və ukraynalılardan müharibənin bitməsi üçün nəyin lazım olduğunu öyrənmək istəyir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News” portalına müsahibəsində deyib.
ABŞ nümayəndə heyətinin keçən həftə Səudiyyə Ərəbistanında Rusiya nümayəndə heyəti ilə görüşdüyünü xatırladan dövlət katibi bildirib ki, həmin görüşün əsas sualı “Siz bu münaqişənin bitməsində maraqlısınız, ya yox?” olub.
“Çox insanlar bu sualın cavabını bilmir. Bəzi avropalılarla danışsanız, onlar sizə deyəcəklər ki, Putin müharibəni bitirməkdə maraqlı deyil. Onlar dedilər ki, maraqlı olacaqlar, amma müəyyən şərtlərlə. Biz bu şərtlərin nə olduğunu müzakirə etmədik.
Buna görə də növbəti addım müəyyən məqamda onlarla, adamların düzgün qrupu ilə yenidən görüşmək və Rusiyanın müharibəni dayandırması üçün nə etməli olduğunu çəkməyə başlamaqdır. Görünür ki, biz eyni sualı Ukraynaya da verməliyik, çünki hər iki tərəf buna razılaşmasa, siz müharibəni dayandıra bilməzsiniz”, - Rubio vurğulayıb.
Xatirə SADİQ