Marko Rubio BMT-yə od püskürdü – “Antaqonist qətnamədir…”

ABŞ dövlət katibi Marko Rubio BMT-ni Rusiyaya qarşı Ukrayna ilə bağlı qəbul etdiyi “antaqonist” qətnaməyə görə tənqid edib.

Feb 25, 2025 - 13:03
Marko Rubio BMT-yə od püskürdü – “Antaqonist qətnamədir…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rubio “Breitbart News” portalına müsahibəsində bildirib.

Amerikalı dövlət katibi iddia edib ki, Birləşmiş Ştatlardan ayrıca Ukraynanın təqdim etdiyi qətnamə “hər iki tərəfi danışıqlar masası arxasına gətirmək və müharibəni bitirmək səylərinə ziddir”.

“Biz hesab edirik ki, BMT – əgər o XXI əsrdə faydalı olmaq istiyirsə – müharibələrin və münaqişələrin qarşısını almaq və dayandırmaq olan öz Nizamnamə missiyasına qayıtmalıdır”, - deyə Marko vurğulayıb.

ABŞ-nin müharibəni “münaqişə” adlandıran və bu “münaqişə”yə tezliklə son qoymağa çağıran qətnaməsinə haqq qazandıran dövlət katibinin sözlərinə görə, Vaşinqton hesab edir ki, BMT-də “tərəflərdən birinə münasibətdə hansısa antaqonist bir şey” təşkil etməyə dəyməz.

“Təəssüf ki, Ukrayna razılaşmadı və onlar öz yolları ilə hərəkət etmək istədilər. O zaman biz Təhlükəsizlik Şurasına çox ədalətli şəkildə formulə olunmuş öz kompromisimizlə getdik və onda mahiyyətcə deyilir: “Müharibə dəhşətli bir şeydir”. Mən başqa şəkildə ifadə edirəm və sadələşdirirəm, amma onda deyilir ki, müharibə dəhşətli şeydir, həddən artıq çox insan həlak olub, bu müharibənin elə bitirmək lazımdır ki, davamlı (sülh – red.) olsun. Yəni, mahiyyətcə bu münaqişənin necə olmasına dair prezident Trampın fikirlərini təkrarlayır və Birləşmiş Millətlər Təşkilatına bu qurumun  məqsədinin müharibəni bitirmək və münaqişələrin qarşısını almaq olduğunu xatırladır, onların bitməsini mürəkkəbləşdirmir”, - deyə Rubio özlərinə haqq qazandırmağa çalışıb.

Xatirə SADİQ