Uitkoff İlham Əliyevin Trampı necə heyran etdiyindən danışıb

Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş əraziləri azad etdikdən sonra Ermənistana qarşı hərbi əməliyyatları dayandırmaqla əsl dövlətçilik nümunəsi göstərib.

Nov 7, 2025 - 01:02
Uitkoff İlham Əliyevin Trampı necə heyran etdiyindən danışıb

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Fox News” telekanalına açıqlamasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

Onun sözlərinə görə, avqustun 8-də Oval kabinetdə keçirilən görüş zamanı Donald Tramp Azərbaycan prezidentindən “Qələbə qazandınız, böyük ordunuz var. Niyə dayandın?”, - deyə soruşub.

Prezident İlham Əliyev isə cavabında deyib: “Mən yalnız bizdən alınanı geri qaytarmaq istəyirdim. Daha artığına ehtiyacım yoxdur”.

“Bu, liderliyin heyranedici nümunəsi idi”, - Uitkoff əlavə edib.