Deputatın şikayət etdiyi qappızsatan VİDEO PAYLAŞDI - "Guya mən hansısa..."

Deputat Fəzail İbrahimlinin şikayəti nəticəsində işini itirən qarpızsatan Xəyal Əsədovdan yeni xəbər var.

Sep 27, 2026 - 00:48
Sep 27, 2026 - 01:14
Deputatın şikayət etdiyi qappızsatan VİDEO PAYLAŞDI - "Guya mən hansısa..."

SAVASHMEDİA.az xəbər verir ki, jurnalist İntiqam Valehoğluya göndərdiyi videoda Xəyal Əsədov artıq işini qismən bərpa etdiyini bildirib.

Onun sözlərinə görə, polis məsələ ilə bağlı araşdırma aparıb və ona qarşı səsləndirilən şər-böhtan xarakterli iddialar təsdiqini tapmayıb. 

Xəyal Əsədov məsələni işıqlandıran media nümayəndələrinə, kamera görüntülərini araşdıran polis əməkdaşlarına və onunla bağlı paylaşım edən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Xəyal Əsədov deputat Fəzail İbrahimliyə satdığı qarpızların ağ çıxmasından sonra onun şikayəti ilə işini itirmişdi.

Oğuz

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)