Rusiya futbol liqasında FACİƏ - Çıxdığı ilk matçında ÖLDÜ + FOTOLAR
LFK “Baltika Yekaterinburq” klubunun yeni transferi, 21 yaşlı futbolçu Stepan Çernov həyatını itirib.
SAVASHMEDİA.az xəbər verir ki, faciə noyabrın 7-də “Liga 5x5” həvəskar mini-futbol turnirinin IV divizionunda “Baltika” ilə “Akadem” komandaları arasında keçirilən qarşılaşmada baş verib.
Məlumata görə, Stepan Çernov “Baltika” ilə müqavilə imzaladıqdan cəmi bir gün sonra yeni komandasının heyətində ilk oyununa çıxıb. O, qarşılaşmanın ilk hissəsində 25 dəqiqə meydanda olub.
İkinci hissənin əvvəlində isə əvəzlənmək üçün ehtiyat oyunçular skamyasına doğru hərəkət edərkən huşunu itirərək yerə yıxılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları təxminən 40 dəqiqə ərzində futbolçunu həyata qaytarmağa çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
“Baltika” klubu Stepan Çernovun vəfatı ilə bağlı başsağlığı yayıb.
Qeyd edək ki, Stepan Çernov bundan əvvəl “Ural-Kalininets” və “KNOCKOUT” komandalarında çıxış edib. Valideynlərini itirən futbolçu nənəsi və böyük bacısının himayəsində böyüyüb.
Onun dəfn xərclərinin qarşılanması və ailəsinə maddi dəstək göstərilməsi məqsədilə ianə kampaniyasına başlanılıb.
Banu
Fotolarda: Stepan Çernov