Kürəkənindən Əbi-Dabi açıqlaması - "Tramp bizə tapşırıb ki..."
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfli danışıqları "konstruktiv" qiymətləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, Kuşner tərəflər arasında fikir ayrılıqlarının azaldığını bildirib.
Kuşnerin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp müharibənin uzanmasından və insan itkilərindən narahatdır.
“Tramp bizə müharibəni bitirəcək və hər iki tərəfin maraqlarını nəzərə alan həll yolu tapmağı tapşırıb” - xüsusi elçi vurğulayıb.
O əlavə edib ki, məqsəd yalnız müharibəni dayandırmaq deyil, həm də uzunmüddətli sülh və təhlükəsizlik mexanizmi yaratmaqdır.
“Ümid edirik ki, onilliklər, hətta əsrlər boyu davam edəcək sülhə gətirib çıxaracaq yeni çərçivə yarada biləcəyik. Ümid edirəm ki, bu, bu bölgədə baş verəcək sonuncu müharibə olacaq”, - Kuşner bildirib.
Oğuz