“Bu, narahatedicidir” – Dövlət Departamentinin sözçüsü
ABŞ Dövlət Departamenti Çin vətəndaşlarının Ukraynaya qarşı müharibədə Rusiya tərəfində vuruşması barədə xəbərə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus brifinqdə bildirib.
Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar Ukraynada Rusiya tərəfində döyüşən iki Çin vətəndaşının tutulması ilə bağlı xəbərləri görüb.
Sözçü bu xəbəri “narahatedici” adlandırıb: “Çin Ukraynadakı müharibədə Rusiyanın əsas sponsorudur. Çin müharibə aparmaq üçün Rusiyanın ehtiyac duyduğu ikili təyinatlı malların, demək olar ki, 80%-ni verir. 80 faiz Çindən gəlir”.
Sözçü bu məqamda ABŞ prezidenti Donald Trampın Rusiya və Çini nəzərdə tutaraq “bu iki nüvə dövləti arasında gələcək əməkdaşlıq yalnız qlobal qeyri-sabitliyi dərinləşdirəcək və ABŞ və digər ölkələri daha az təhlükəsiz, daha az müdafiə olunmuş və daha az firavan edəcək” sözlərini xatırladıb.
“Düşünürəm ki, bu, hələ yumşaq deyilib”, - deyə Bryus əlavə edib.
Xatirə SADİQ