“9 apreldə olduğu kimi gürcülər yenə də küçələrdədir” - Zurabişvili

“İndi gürcülər, 36 il sonra, azadlıq uğrunda qanların töküldüyü eyni gündə və eyni prospektdə yenidən küçələrdə dayanır”.

Apr 9, 2025 - 17:48
“9 apreldə olduğu kimi gürcülər yenə də küçələrdədir” - Zurabişvili

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Çexiya Senatı qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, 9 aprel – hər bir gürcü üçün matəm günüdür. 

“1989-cu ilin bu günündə rus əsgərləri və tankları Tbilisinin mərkəzinə daxil olaraq azadlıq və müstəqilliyə çağıran dinc nümayişi yatırdılar. Onlar əsasən gənclər olan kütləni dağıtmaq üçün qaz, dəyənək və maksimum zorakılıqdan istifadə etdilər. 21 nəfər, o cümlədən çoxlu qadın həlak oldu. Daha yüzlərlə insan yaralandı, amma o gecənin ismarıcı yox olmadı, o milli hərəkatı alovlandırdı və iki il sonra Gürcüstanın müstəqilliyini elan etməsinin zəminini hazırladı”, - deyə Salome Zurabişvili vurğulayıb çatdırıb. 

Sonra gürcüstanın eks-prezidenti Çexiya Senatının üzvlərindən 9 aprel qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi və Gürcüstan gəncləri ilə həmrəy olmağı xahiş edib.

“Artıq 140 gündən çoxdur ki, onlar dinc yolla eyni dərəcəli təhlükəyə – demokratiya və müstəqilliyə olanqarşı sakit çevrilişə qarşı dinc şəkildə etiraz edirlər”, - deyə Zurabişvili diqqətə çatdırıb.
 
Xatirə SADİQ