“Kremlin əsassız tənqidlərini rədd edirik” – Moldova XİN
Moldovanın xarici siyasət idarəsi Maya Sandunun prezident seçkilərində qalib gəlməməsi ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun şərhinə münasibət bildirib.
SAVASHMEDİA.az Moldova KİV-nə istinadən xəbər verir ki, Moldova XİN president seçkilərinin bütün milli və beynəlxalq standartlara uyğun olduğunu vurğulayıb.
Nazirlik bildirib ki beynəlxalq seçki müşahidə missiyalarının ilkin hesabatlarında Moldovanın demokratik proseslərlə bağlı mətanəti alqışlanıb, çünki bu proseslərə ölkədən kənardakı düşmən qüvvələri misli görünməmiş müdaxilə çəhdi göstəriblər.
Moldova XİN Kremli ictimai rəyi manipulyasiya etmək cəhdində ittiham edərək Rusiya hakimiyyəti nümayəndələrinin əsassız tənqidlərini rədd etdiyini vurğulayıb.
“Seçkilərin legitimliyini şübhə altına almaq üçün edilən bu yöndəmsiz cəhdlər daxili işlərimizə qəsdən müdaxilənin davamıdır. Bu, anti-demokratiya nümunəsi kimi tanınan dövlətdən xüsusilə qəbuledilməzdir. Yalnız nəzəri anlayışa malik olduqları demokratik prosesləri tənqid edən Rusiya hökumətinin şərhçiləri bu etibara layiq deyillər. Bununla belə, biz Moldova vətəndaşlarının istifadə etdiyi bütün əsas hüquq və azadlıqlardan Rusiya vətəndaşlarının da istifadə etmələrini arzulayırıq”, - XİN yekunlaşdırıb.
Qeyd edək ki, Dmitri Peskov bildirmişdi ki, onun fikrincə, Maya Sandu Moldovanın prezidenti deyil, çünki ölkə daxilində seçicilərin əksəriyyəti Aleksandr Stoyanoqlonu dəstəkləyib.
Xatırladaq ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. MSK-nın məlumatına görə, protokolların 100%-i işləndikdən sonra Maia Sandu 55,33% səs toplayıb. Qələbəni ona Moldova diasporunun səsləri qazandırıb.
Xatirə SADİQ