"O yumruq "meydanlardan çəkilin" mesajı idi. Meydanda olacağıq!" - Özgür Özəl
CHP sədri Özgür Özəl ötən bazar günü TBMM sədrinin vida mərasimində məruz qaldığı hücum barədə danışıb.
SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özəl hücumun ona və partiyasına edilən xəbərdarlıq olduğunu bildirib.
“Bizə susun, mübarizə aparmayın, sinin, kənara çəkilin deyirlər. “Yox” deyirik! Küçələrdən çıxın deyirlər. Küçələrdə olacağıq! Meydanlardan çəkilin deyirlər. Meydanlarda olacağıq! Bazar günü bu mesajları aldıq. Qəbul etmirik! O mesajı göndərənlərə meydan oxuyuram! Hodri meydan!” – Özəl qeyd edib.
Xatırladaq ki, Türkiyə mediasında hücumla bağlı CHP sədrinin mühafizəsinin zəif olduğuna dair iddialar yayılıb. Özəl isə mühafizəçilərini müdafiə edərək “mühafizəm zəif deyil, sadəcə mən vətəndaşa əlçatan siyasətçi olmaq istəyirəm” deyib.
Banu