"Qələt edirlər, mənim başımı xarab eləməsinlər" - Rəşid həkim
Tibb elmləri namizədi Rəşid Mahmudov müğənni, Əməkdar artist və bəstəkar Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməli olması barədə məhkəmə qərarına münasibət bildirib.
R.Mahmudov məhkəmənin qərarına sərt reaksiya göstərərək deyib:
“Olsun. Qələt edirlər, mənim başımı 500 manatla xarab etməsinlər, getsinlər”.
Qeyd edək ki, Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) Rəşid Mahmudova qarşı iddiası üzrə Yasamal Rayon Məhkəməsində proses keçirilib. Mülki işə hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. (musavat)