"Qapını açma, heç bir məlumat vermə" - DİN həmin vatsap mesajı ilə bağlı açıqlama yaydı

Son günlər vatsap platformasında Daxili İşlər Nazirliyi adından göndərildiyi iddia edilən xəbərdarlıq mesajları yayılıb. 

Jan 15, 2025 - 17:38
Jan 15, 2025 - 17:38
"Qapını açma, heç bir məlumat vermə" - DİN həmin vatsap mesajı ilə bağlı açıqlama yaydı

SAVASHMEDİA.az xəbər verir ki, həmin mesajda vətəndaşlardan diqqətli olmaları, mənzillərin ətrafında özlərini daxili işlər işçisi kimi təqdim edən bir qrup şəxsə inanmamaları vurğulanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, vatsap qruplarında qurum adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir.

“Bununla bağlı tərəfimizdən hər hansı məlumat paylaşılmayıb. Naməlum şəxslərin hansısa yoxlama, sorğu aparması ilə bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb”, - rəsmi qurum bəyan edib.