Zelenski ordunun komandir heyətinə çağırış etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun komandir heyətinə çağırış edib.

Nov 4, 2025 - 00:46
Zelenski ordunun komandir heyətinə çağırış etdi

SAVASHMEDİA.az xəbər verir ki, o, noyabrın 3-də kabinetində bir qrup jurnalistlərlə görüşündə orduya çağırış edərək bildirib ki, komandir heyəti gerçəkləri açıqlamaqdan çəkinməsinlər.

"Komandirlər ön xətdə mövqelərin itirilməsi barədə məlumat verməkdən qorxmalı deyillər. Onların əsas vəzifəsi şəxsi heyətin qorunmasıdır. Şəxsi heyəti qorudunsa, afərin olsun. Çünki şəxsi heyətin varsa, sən sonra vəziyyəti necə bərpa edəcəyini həll edə bilərsən. Amma şəxsi heyətin yoxdursa, bu başqa vəziyyət deməkdir"-deyə, o, əlavə edib.

Oğuz