Şəbnəm atasını evləndirdi - VİDEO
Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini deyib.
Sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, atasını özü evləndirib:
"Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki, varsan. Anam 5 ildir rəhmətə gedib. Atama nə qədər gözəl baxsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır".
Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib.
axşam.az