“Space” TV-də kürəkən fırtınası - "Nə olsun ki, şəhid qızısan?"
“Space” Televiziyası Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızıya qarşı ədalətsizliyə yol verilib.
SAVASHMEDİA.az bakupost-a istinadla xəbər verir ki, o, gözlənilmədən və heç bir xəbərdarlıq edilmədən işdən azad edilib. Rəhbərlik bu addımı maliyyə böhranı ilə əlaqələndirib.
Qeyd edək ki, G.Şahmalıqızı “Space” kanalının vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişi ilə işdən çıxarılıb.
Məlumata görə, Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşərək, şəhid qızı olduğunu bildirib, himayəsində əlil anasının olduğunu deyərək möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə “nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət et” ifadəsini işlədib.
Məsələ ilə bağlı sayt Günel Şahmalıqızı ilə əlaqə saxlayıb. O, yuxarıda qeyd olunanları təsdiqləsə də, əlavə şərh verməyib.
Xatırladaq ki, 21 illik jurnalistlik təcrübəsinə malik Günel Şahmalıqızı “Space” televiziyasında xəbərlər proqramının aparıcısı, redaktoru, habelə Prezident müxbiri olub. Atası Şahmalı Aliyev birinci Qarabağ müharibəsi şəhididir. 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, aparılan yoxlamalar nəticəsində iki gün əvvəl “Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
Məsələ ilə bağlı Günel Şahmalıqızı ilə əlaqə saxladıq. O, yuxarıda qeyd olunanları təsdiqləsə də, əlavə şərh vermədi.