Mirzoyandan Ermənistana keçmiş azərbaycanlı çobanla bağlı AÇIQLAMA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çobanla bağlı açıqlama verib.

Oct 21, 2026 - 15:54
Mirzoyandan Ermənistana keçmiş azərbaycanlı çobanla bağlı AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, Mirzoyan parlamentdəki çıxışında azmış çobanın ölkənin təhlükəsizliyinə təhdid kimi təqdim edilməsini tənqid edib və hadisənin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayıb.

“Ermənistan müxalifəti baş vermiş adi hadisədən siyasi şou yaratmağa çalışır. Onlar yolunu azmış bir çobanı az  qala Ermənistanın təhlükəsizliyinə təhdid kimi təqdim edirlər. Amma bunlar adi hallardır, onlar tərəfdən çoban azıb bizə tərəfə keçə bilər, bizim çobanlar da azıb Azərbaycana keçə bilər. Hər iki tərəf bu cür hadisələrə çox konstruktiv yanaşır” - Mirzoyan bildirib.

Qeyd edək ki, azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olması barədə məlumatlar oktyabrın 21-də yayılıb. Hələlik baş vermiş hadisə ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Arzu