Zelenski Putinlə eyni masada əyləşməyə razılaşdı - "Amma kənardakı stulda..."
“Rusiya ilə sülh danışıqlarına Ukrayna daha güclü mövqedə – güclü silahlarla və ən azı NATO-ya dəvət olunmuş halda gedə bilər".
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.
“Biz tərəfdaşlara deyirik: ruslarla danışmağımızı istəyirsiniz? Elə isə bizi gücləndirin! Biz masaya bərabərhüquqlu otura bilək. Yoxsa, elə olmasın ki, haradasa kənardakı bir stulda əyləşmiş olaq. Bizi rəsmən NATO-ya dəvət edin, bizə silah verin!”, - deyə Zelenski açıqlayıb.
O, vurğulayıb ki, qələbə planının məqsədi Ukraynanın Qərbdən güclü silahlar aldığını və Putin müharibəni dayandırmasa, onlardan istifadə etməyə hazır olduğunu Rusiyaya göstərməkdir.
Xatirə SADİQ