ABŞ səfirliyi Kallasın bəyanatını təkzib etdi - Kiyevi tərk etmirik

ABŞ-nin Kiyevdəki səfirliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın amerikalı diplomatların Ukrayna paytaxtını tərk etməsi barədə bəyanatını təkzib edib.

May 28, 2026 - 12:33
ABŞ səfirliyi Kallasın bəyanatını təkzib etdi - Kiyevi tərk etmirik

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, ABŞ diplomatik missiyası Kiyevdə fəaliyyətini davam etdirir və şəhəri tərk etmir.

Bununla yanaşı, diplomatik nümayəndəlik ABŞ vətəndaşlarına xəbərdarlıq edərək, hazırkı vəziyyətlə əlaqədar Ukraynaya səfər etməməyi tövsiyə edib.