Şəhid ailələrinə qurdlamış qurban payı göndərildi - Cəlilabad RİH “günah qəssabdadır” dedi
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə paylanan qurban ətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, videogörüntülərdə bəzi vətəndaşlar onlara təqdim edilən ətin xarab olduğunu iddia ediblər.
Bildirilib ki, qurban payı kimi göndərilən ətlərdə göyərmə və qurdlanma müşahidə olunub, eyni zamanda kəskin qoxu hiss edilib.
Yaranan narazılıqdan sonra məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti qafqazinfo-ya açıqlama verib. Qurumdan bildirilib ki, hadisə isti hava şəraiti və çatdırılma zamanı yol verilən səhlənkarlıq səbəbindən baş verib.
Açıqlamada qeyd olunub ki, qəssab və ərazi üzrə nümayəndənin məsuliyyətsiz davranışı nəticəsində bəzi qurban payları vaxtında ünvanına çatdırılmayıb və bu səbəbdən keyfiyyətini itirib.
“Problem qısa müddətdə aradan qaldırılıb, istifadəyə yararsız hala düşən qurban payları yeniləri ilə əvəz edilib”, - məlumatda bildirilib.
Посмотреть эту публикацию в Instagram