“O vaxta qədər çox şey baş verə bilər” – Aİ komissarından ikibaşlı Gürcüstan açıqlaması 

“Prezident seçkilərindən söhbət gedərkən, prezident hələ dekabrın 29-na kimi vəzifəsindədir”. 

Dec 16, 2024 - 15:12
“O vaxta qədər çox şey baş verə bilər” – Aİ komissarından ikibaşlı Gürcüstan açıqlaması 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Gürcüstanda yeni prezidentin seçilməsinə münasibət bildirərkən deyib. 

Gürcüstanın yeni prezidentinin seçkilərindən sonra prezident Salome Zurabişvilini dəstəkləməkdə davam edib-etməyəcəyi sualına cavabında Kallas belə deyib: “Dekabrın 29-na qədər çox şey baş verə bilər”.

Kallas onu da qeyd edib ki, xarici işlər nazirləri arasında müzakirə mövzusu Gürcüstandakı vəziyyət və etirazların yatırılmasında iştirak edən rejim nümayəndələrinə qarşı potensial sanksiyalar olacaq.

“Biz bu müzakirələri aparmışıq və təbii ki, biz öz ideyalarımız olan 27 demokratik ölkəyik, buna görə də vaxt lazımdır. Amma bəli, biz müxalifətə qarşı güc və zorakılıq tətbiq edənlərin sanksiya siyahısı təklif etmişik. Biz həmçinin vizasız rejim, onu necə məhdudlaşdırmaq barədə danışacağıq. Avropa Komissiyasının belə bir təkliflə çıxışını istəyən ölkələr var”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Xatirə SADİQ