"Tramp üzr istəməlidir. Vəssalam" - İran ABŞ liderinə ultimatum verdi
İsveçrədə ABŞ ilə aparılan danışıqlarda iştirak edən İran nümayəndə heyəti danışıqlar məkanına qayıtsa da, müzakirələri dayandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb kimi İranı yeni hərbi zərbələrlə hədələyən Donald Trampın hələ də üzr istəməməsi göstərilir.
Xatırladaq ki, buəlumatı mərkəzi Beyrutda yerləşən "Al Mayadeen" kanalı yayıb. Bildirilir ki, Tehran Tramp rəsmi şəkildə üzr istəməyənə qədər danışıqlara qayıtmayacağını bəyan edib: "Tramp üzr istəməlidr. Vəssalam".
Eyni zamanda İran tərəfi tələblərini genişləndirib. Əvvəllər əsasən Livanda hərbi əməliyyatların dayandırılmasını tələb edən Tehran indi həm də İsrail Silahlı Qüvvələrinin Livanın cənubundan tam çıxarılmasını şərt kimi irəli sürür.
Oğuz