İran nümayəndələri geri döndü - Danışıqlar davam edir

"Axios" nəşrinin müxbiri Barak Ravid İran nümayəndə heyətinin İsveçrədə ABŞ ilə aparılan məsləhətləşmələri davam etdirdiyini bildirib.

Jun 21, 2026 - 22:32
İran nümayəndələri geri döndü - Danışıqlar davam edir

SAVASHMEDİA.az xəbər verir ki, jurnalist bu barədə diplomatik mənbəyə istinadən məlumat yayıb.

Barak Ravidin sözlərinə görə, İsveçrədə keçirilən danışıqlarda iştirak edən diplomat İran nümayəndə heyətinin ölkəni tərk etmədiyini və ABŞ ilə danışıqların hələ də davam etdiyini bildirib.

"İsveçrədəki danışıqlarda iştirak edən diplomatın iddiasına görə, İran nümayəndə heyəti getməyib və ABŞ ilə İran arasında danışıqlar davam edir", - deyə jurnalist "X" sosial şəbəkəsində yazıb.