"Ev Annanın adınadır, qorxuram ki..." - Paşinyan ailə sirlərindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanla niyə rəsmi nikaha girməməsinin səbəbini açıqlayıb.

Jul 23, 2025 - 18:19
"Ev Annanın adınadır, qorxuram ki..." - Paşinyan ailə sirlərindən danışdı

SAVASHMEDİA.az xəbər verir ki, o, bunu ailəsinin və övladlarının təhlükəsizliyinə görə etmədiyini deyib:

“Bu, 1990-cı illərdən siyasi  fəalliyyətlə məşğul olmağımla birbaşa bağlıdır. Həmin illərdəmüxalifətdə olduğumdan həbs də oluna bilərdim, adıma olan əmlaklar müsadirə oluna bilərdi. Yalnız bu səbəbdən rəsmi nikaha daxil olmadıq. Bunu ailəmi qorumaq üçün etdim”.

O, hazırda yaşadıqları evin də xanımının adına olduğunu bildirib: "Evimiz Annanın adınadır. Amma biz həmin evi birlikdə almışıq".

Səlcuq