O qırmızı gödəkçəli şagird var ha... - Jurnalisti döyən məktəbli kimdir? - VİDEO
Bakıda məktəblilərin jurnalistlərə hücum etməsi ilə bağlı insident müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, 225 nömrəli tam orta məktəbdə şagirdin pəncərədən yıxılması ilə bağlı hadisəni işıqlandırmağa gedən ReAL TV əməkdaşları məktəbin ərazisində hücuma məruz qalıblar.
Telekanalın əməkdaşı Mahir Məmmədli hadisəyə münasibət bildirərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş verənlərlə bağlı mövqeyini sərt tənqid edib.
Jurnalistin paylaşımını təqdim edirik:
“Bakı Şəhər Təhsil İdarəsi jurnalistlərə xəbər hazırlamağı öyrədir. Amma görüntülərə baxdıqda məlum olur ki, şagirdlər vahid geyim qaydasını pozurlar. Bu qırmızı gödəkçəli şagird iki il sinifdə qalıb və hələ də 225 saylı orta məktəbin şagirdi sayılır. Hanı məktəb forması? Təhsil idarəsi bizə dərs keçməkdənsə, məktəblərə nəzarət eləsə daha yaxşı olar”.
Oğuz
Bu gönderiyi Instagram'da gör