Əziz Yıldırım onu danışıqlar üçün İstanbula çağırdı - "Fənərbaxça” italiyalıya tapşırılır
“Fənərbaxça”nın yeni baş məşqçisi postuna əsas namizəd kimi Vinçenso Montellanın adı hallanır.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə mətbuatı italiyalı mütəxəssisin danışıqlar aparmaq üçün artıq İstanbula gəldiyini yazıb.
İddialara görə, Montellanın “Fənərbaxça” prezidenti Əziz Yıldırımla təkbətək görüşü gözlənilir.
Xatırladaq ki, Montella 2023-cü ilin sentyabrından son günlərə qədər Türkiyə millisinin baş məşqçisi olub. Türkiyə Futbol Federasiyası 9 oktyabr 2026-cı ildə italiyalı mütəxəssislə yolların ayrıldığını açıqlayıb.
Oğuz
Fotoda Vinçenso Montella