"Sabah" "Hapoel"ə məğlub oldu
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxıb.
Valdas Dambrauskasın komandası Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşıb. Matç "Hapoel"in 2:1 hesablı qələbəsi ilə bitib.
Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq
Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
Aytən