Azərbaycan millisi böyük hesabla məğlub oldu

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Mar 22, 2025 - 19:31
Azərbaycan millisi böyük hesabla məğlub oldu

SAVASHMEDİA.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.