Elvin Cəfərquliyevin qovulma səbəbi bilindi - Qurbanov nəyi bağışlamadı?

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi gündəm olub.

Apr 21, 2026 - 18:13
Elvin Cəfərquliyevin qovulma səbəbi bilindi - Qurbanov nəyi bağışlamadı?

SAVASHMEDİA.az xəbər verir ki, "teleqraf" komandanın baş məşqçisi Qurban Qurbanovu bu addımı atmağa vadar edən səbəbi öyrənib.

Əldə etdiyimiz məlumata görə, son dövrlərdə daha da populyarlaşan millimizin üzvü futboldan kənara işlərə daha çox vaxt ayırıb. Bunların arasında xüsusi əyləncəli partilər də yer alıb. Xanımların da iştirak etdiyi partilərin sayının artması Elvin Cəfərquliyevin qələminin “qırılması” ilə nəticələnib.

Qurban Qurbanov vacib oyunlardan biri öncəsi Elvin Cəfərquliyevin partidə iştirakını öyrəndikdən sonra, daha əvvəllər də intizamsızlığa yol verən futbolçusunu bağışlamayıb. Nəticədə 25 yaşlı futbolçu əvəzedici komandaya göndərilib.

Bu hadisədən sonra Qurban Qurbanovun futbolçunu bağışlayıb-bağışlamayacağı mövsümün yekununda bəll olacaq. İndiki durumda dəqiq olan odur ki, Elvin Cəfərquliyev mövsümün qalan hissəsində “Qarabağ”ın əsas komandasına qoşulmayacaq.