Bakı metrosunda panika - 2 nəfər xəstəxanaya yerləşdirildi
Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qeyd edilib ki, 9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib