Bakıda mikroavtobus qəzaya düşdü, 10-dan çox yaralı var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sep 8, 2025 - 10:39
Bakıda mikroavtobus qəzaya düşdü, 10-dan çox yaralı var

Hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

"Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır. 

report