Bakıda şagirdlər qeyri-etik görüntüləri... - Müəllimlərə qarşı TƏRBİYƏSİZLİK + VİDEO
Bakıda 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar icazəsiz paylaşılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə baku tv-yə şikayət daxil olub.
Şikayətdə bildirilib ki, şagirdlər həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edərək sosial şəbəkələrdə paylaşıblar.
Məsələ ilə bağlı danışan psixoloq Ofelia Əliyevanın sözlərinə görə, ilk növbədə uşaqların müəllimlərə qarşı aqressiyasının kökündə dayanan səbəblər araşdırılmalıdır:
“Burada müəllimlərin tükənmişlik sindromu rol oynaya bilər. Müəllimlər uşaqlarla emosional bağı düzgün qura bilməyə bilərlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə valideynlərin uşaqlara aqressiyanı düzgün idarə etməyi öyrətməməsidir. Bu gün sosial media hər kəsin əlindədir və uşaqlar heç bir senzura olmadan müxtəlif platformalardakı trendlərlə tanış olurlar. Bəzən həmin trendin mənasını bilmədən bunu zarafat məqsədilə edirlər, bəzən isə nə etdiklərini anlayaraq davam etdirirlər. Hər iki halda problem düzgün maarifləndirmənin aparılmamasından qaynaqlanır”.
Banu
Посмотреть эту публикацию в Instagram