Pezeşkian, nəhayət ki, Xamenei ilə görüşə bildi – SEPAH icazə vermirdi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkəsinin Ali Rəhbəri Müctəba Xamenei ilə görüşüb.

May 7, 2026 - 22:32
Pezeşkian, nəhayət ki, Xamenei ilə görüşə bildi – SEPAH icazə vermirdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumatı İran prezidentinin Mətbuat Xidməti yayıb.

Məlumatda bildirilib ki, iki rəsminin görüşü səmimi şəraitdə keçib. İki saat yarım davam edən görüşdə ölkənin içində olduğu mövcud vəziyyət, ABŞ ilə danışıqlar, Hörmüz boğazı ilə bağlı məsələlər də müzakirə olunub.

Xatırladaq ki, Müctəba Xamenei fevralın 28-də ABŞ, İsrail- İran müharibəsi başladıqdan sonra ictimaiyyət arasına çıxmayıb. Onun hərbi əməliyyatların ilk günü yaralandığını İranın dövlət televiziyası və bəzi İran rəsmiləri təsdiqləyib. Xarici mətbuat bir müddət əvvəl Məsud Pezeşkianın Müctəba Xamenei ilə görüş tələb etdiyini, lakin SEPAH-ın buna mane olduğunu yazıb.

Banu