Putinin helikopteri PUA hücumuna məruz qaldı - RƏSMİ

Rusiya prezidenti Vladimir Putinin helikopteri 20 may tarixində Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin kütləvi dron hücumunun "epimərkəzində" olub.

May 25, 2025 - 17:02
Putinin helikopteri PUA hücumuna məruz qaldı - RƏSMİ

SAVASHMEDİA.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Hava Hücumundan Müdafiə diviziyasının komandiri Yuri Daşkin “Rossiya 24” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ali baş komandanın helikopteri Kursk üzərindən keçərkən hücumun intensivliyi əhəmiyyətli dərəcədə artıb.

“Biz eyni anda həm hava hücumunu dəf edirdik, həm də prezidentin hava təhlükəsizliyini təmin edirdik”, – deyə Daşkin əlavə edib.

Hadisə Rusiyanın ən yüksək rəhbərliyinin də Ukrayna ilə müharibənin birbaşa təhdidlərinə məruz qala biləcəyini göstərir.