Sabah 2 rayonda QAZ OLMAYACAQ

Azərbaycanın iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oct 20, 2026 - 20:35
Sabah 2 rayonda QAZ OLMAYACAQ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 21-də saat 10:00-dan etibarən Daşkəsən və Ağstafa rayonlarının bəzi ərazilərinə qazın verilişi işlər başa çatanadək dayandırılacaq.