Azərbaycanda Türk bayrağı endirilib? - PA-dan TƏCİLİ AÇIQLAMA

"Bəzi media orqanları və sosial şəbəkə hesablarında yayılan "Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd" iddiaları dezinformasiyadır".

Oct 20, 2026 - 20:55
Azərbaycanda Türk bayrağı endirilib? - PA-dan TƏCİLİ AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, sözügedən görüntülər köhnə tarixə aiddir:

"Görüntülərin çəkildiyi vaxt Türk bayrağına qarşı mənfi hərəkət etməyə çalışan təxribata Azərbaycan vətəndaşları tərəfindən ilk və ən sərt reaksiya verilib. Türk bayrağının endirilməsi kimi bir hadisə baş verməyib”, – paylaşımda qeyd olunub.

Mərkəz vurğulayıb ki, köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi və kontekstdən çıxarılaraq yayılması Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə alır.

Bu cür manipulyasiyaya qarşı həssas və diqqətli olmaq barədə ictimaiyyətə çağırış edilib.